Gündəm / Siyasət / Dünya
18:21, 28 Eylül 2023
0

Ukraynanın müharibəni dayandırmaq imkanı yoxdur

Ukraynanın  müharibəni dayandırmaq  imkanı yoxdur


Ukrayna müharibəni dayandıra bilməz. Rəsmi Kiyevin belə bir imkanı yoxdur”.

Globalpress.az- ın məlumatına görə, bunu Kiyevdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması sülhdən imtina deməkdir: “Bu, Rusiyanın işğalının davam etməsi demək olacaq. Ukraynaya isə ədalətli və sabit sülh lazımdır”.

Y.Stoltenberqin fikrincə, Ukraynanın davamlı və ədalətli sülhə nail olmaq üçün Rusiyaya qarşı şiddətli mübarizədən başqa variantı yoxdur: “NATO müttəfiqləri bu mübarizədə lazım olduğu qədər Ukraynanın yanında olacaqlar. Ukrayna gücləndikcə Rusiya işğalına son qoymağa bir o qədər yaxınlaşırıq. Rusiya bu gün silahı yerə qoya və bu müharibəyə son qoya bilər”.

Baş katib bildirib ki, Ukraynanın gələcəyi NATO-dadır: “Biz Ukraynanın Alyansa üzvlüyü üçün birlikdə çalışırıq
Digər xəbərlər: