Gündəm / Cəmiyyət / Sosial
20:37, 14 Eylül 2023
0

Dəyişikliklər oktyabrın 1- dən qüvvəyə minir

Dəyişikliklər  oktyabrın 1- dən qüvvəyə minir


Ölkədə taksilərin fəaliyyəti ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər oktyabrın 1-dən etibarən qüvvədə olacaq.

Globalpress.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməyəcək, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya ləğv ediləcək.

Qanunvericiliyə edilən dəyişikliyə görə, taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün sahibkarlar tərəfindən 3 min manat rüsum da ödənilməlidir. Bundan əlavə, taksi ilə sərnişindaşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır. Taksilərə rəqəmsal taxoqraf və taksometr cihazları quraşdırılmalıdır. Sürücülər etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Bu sahədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir.

Yeni qanunvericiliyin tələblərinə uyğun olmayan, rüsum ödəməyən, taksometr quraşdırmayan taksilər proqramdan çıxarılacaqlar. Bununla da ölkədə taksi qıtlığı və işsiz şəxslərin . Taksi qiymətlərinin daha da bahalaşacağı ilə bağlı iddialar da səsləndirilir.


Mövzu ilə ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a bildirib ki, qiymət artımı gözlənilmir, səbəb isə qiymətin artıq bir neçə ay əvvəl qaldırılmasıdır.

“Qiymət artımı ilə bağlı müzakirələr getmir. Çünki qiymət artımı artıq baş verib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tövsiyəsi ilə artıq taksi şirkətlərinə, taksi operatorlarına, tapşırıq verilib və belə bir qərar qəbul olunub ki, gediş haqqında minimum məbləğ 2 manat 50 qəpikdən başlayır. Yəni siz artıq taksiyə əyləşəndə avtomatik 2.50 azn yazır. Bu artıq bir neçə aydır tətbiq olunur”.

Ekspert qeyd edib ki, oktyabr ayından etibarən ölkənin taksi sisteminə tətbiq ediləcək dəyişikliklər daha çox göstərilən fəaliyyət üzrə keyfiyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

“Azərbaycanda taksi sektorunda uzun müddətdir xaos hökm sürür. Bu haldan taksidən istifadə edənlər də, taksi sürücüləri də narazıdır. Hətta sadəcə taksi sürücülüyü ilə məşğul olanlar da bu sahəyə yad insanların gəlməsinə narazılıq edirlər. İnsanlar artıq taksi sürücülərinə narkoman, qadın-qız düşkünü kimi baxırdılar. Bu da təhlükəli bir tendensiya idi. Əksəriyyəti yolları tanımır, insanlarla düzgün davranış qaydalarını bilmir. Buna görə də bu sektorda qayda-qanun yaradılmasına ehtiyac var idi. Ediləcək dəyişiklikləri müəyyən etmək məqsədi ilə bütün problemlər təhlil olunub və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub”.

Elməddin Muradlı əalvə olaraq qeyd edib ki, dəyişikliklərə əsasən, taksi sürücülərinin tibbi müayinədən keçməsi, taksi şirkətlərinin əməkdaşlığa başlayacaqları şəxslə söhbət aparmaları, psixoloji vəziyyətinin bu işə uyğunluğu, şəxsin icazə blankının, fərqlənmə nişanının və digər sənədlərinin olub-olmaması da vacib faktorlar sırasındadır.
Digər xəbərlər: