Gündəm / Cəmiyyət
Qanunsuz ov edən şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qobustan rayonunun Xilmilli kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin vətəndaş Rəfael Abbasov olduğu müəyyən edilib, ondan tələ vasitəsilə ovladığı çöl göyərçini götürülərək təbiətə buraxılıb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.