Gündəm / Siyasət / Dünya
13:20, 16 Ağustos 2023
0

Blinken İranın addımlarını alqışlayır

Blinken  İranın addımlarını  alqışlayır


ABŞ dövlət katibi Blinken İranın nüvə proqramını yavaşlatmaq üçün atacağı istənilən addımı alqışlayacaqlarını bildirib.
Globalpress.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken nazirlikdə jurnalistlərin suallarını cavablandırıb.

Bir jurnalist Wall Street Journal-ın İranın nüvə proqramını ləngitməsi ilə bağlı xəbərinə işarə edərək, "Bu doğrudurmu? Sizin məlumatınıza görə, həqiqətənmi nüvə proqramını ləngitdilər?" sualını verib.

Blinken, "Dediyiniz xəbəri təsdiq edə bilmərəm. Əlbəttə deyə bilərəm ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün İranın atacağı hər addımı alqışlayacağıq" cavabını verib.
Digər xəbərlər: