Gündəm / Siyasət / Cəmiyyət
18:03, 15 Ağustos 2023
0

Danışıqlar sentyabrda baş tuta bilər

Danışıqlar  sentyabrda  baş  tuta bilər


İrəvanla Bakı arasında danışıqların yeni mərhələsi sentyabrda baş tuta bilər.



Globalpress.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.



"Bilirsiniz ki, sonuncu görüş Moskvada olub. Sentyabrda yeni görüşlər gözlənilir. Ermənistan bu prosesdən geri çəkilmir və sülh müqaviləsi üzərində işləməyə davam edir", - səfir televiziyada çıxışı zamanı qeyd edib.



Xatırladaq ki, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli danışıqlar keçirilib. Görüşdən sonra Lavrov bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitini keçirməyi planlaşdırdığını açıqlayıb.
Digər xəbərlər: