Gündəm / İqtisadiyyat / Dünya
14:27, 14 Ağustos 2023
0

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.

Globalpress.az xəbər verir ki, yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 20-25 tetri artıb.

Tanınmış yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,95 lari; "Euro Regular" 2,75 lari; "Regular" 2,50 lari arası dəyişir.

Ekspertlərin fikirincə bu, dünya bazarında yanacağın qiymətində baş verən artımla əlaqəlidir.

Sahə üzrə mütəxəssis Zaal İakobidze mətbuata verdiyi açıqlamasında bildirib ki, yaxın vaxtlarda ölkədə yanacağın qiymətində yenidən artım müşahidə oluna bilər.

O bildirib ki, Gürcüstana ən çox yanacaq idxal edən Rusiya bazarında son 1 ayda yanacğın 1 tonunda 100 dollardan bir qədər çox bahalaşma qeydə alınıb:

"İndi kimsə irəlidə qiymətin nə qədər artacağını və ya yaxın gələcəkdə dəqiq satış qiymətinin nə olacağını desə, çox qeyri-ciddi olar, lakin avqust-sentyabr aylarında bir qayda olaraq, yanacaq bahalaşır və hətta indi də, biz bu tendensiyanı müşahidə edirik”, - deyə Zaal İakobidze vurğulayıb.

Məlumat üçün bildirək ki, Rusiya bu il Gürcüstanın əsas yanacaq tədarükçüsü olub. Belə ki, son 6 ayda ölkədə istehlak edilən yanacağın 81%-ni Rusiya yanacağı təşkil edib.
Digər xəbərlər: