Gündəm / Siyasət / Dünya
00:26, 09 Ağustos 2023
0

ABŞ Ukraynaya yardım paketi göndərir

ABŞ  Ukraynaya  yardım paketi  göndərir


ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.


“Biz Ukraynanı artilleriya və silahlarla təmin etməyə davam edirik. Bu həftənin sonunda Ukraynaya çatdırmağı planlaşdırdığımız əlavə yardımla bağlı yeni elanlarımız olacaq”, - Miller bildirib.

Brifinq çərçivəsində o, yeni yardım paketinin məzmunu, həmçinin Vaşinqton və Kiyev tərəfindən müzakirə edilən mümkün yeni raket sistemləri barədə təfərrüatları açıqlamaqdan imtina edib.
Digər xəbərlər: