Gündəm / Siyasət / Dünya
19:37, 19 Temmuz 2023
0

Ukraynanın addımı diplomatik etiketin pozulmasıdır

Ukraynanın  addımı  diplomatik  etiketin  pozulmasıdır


Ukrayna ötən il Gürcüstanın Avropa İttifaqı (Aİ) namizədi statusu almamasında maraqlı olanlardan biri olub.
Globalpress.az- ınməlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. Baş nazir bildirib ki, bu bir reallıqdır və bir çox Avropa liderləri ona bu faktı təsdiqləyiblər.

Hökumət başçısı Gürcüstan səfirinin Ukraynadan göndərilməsinə də münasibət bildirib. Qeyd edib ki, səfir Kiyev bombalandığı zaman şəhəri tərk etməyən sonuncu diplomat olub, buna baxmayaraq belə bir diplomat məsləhətləşmələr adı ilə Tbilisiyə göndərilib.

Qaribaşvili qeyd edib ki, Tbilisi heç kimdən minnət gözləmir, lakin Ukraynanın bu addımı dostluq əlaqələrinin, diplomatik etiketin pozulmasıdır.
Digər xəbərlər: