Gündəm / Cəmiyyət / Təhsil
Bu gün magistraturaya qəbulun nəticələri elan olunacaq

Dövlət İmtahan Mərkəzi DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri barədə açıqlama verib.
Globalpress.az xəbər verir ki, DİM- dən verilən açıqlamada bildirilib ki, magistraturaya qəbulun nəticələrinin bu gün ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının I cəhdi 19 fevral, II cəhdi 11 iyun tarixində keçirilib.
İyulun 6-dan iyulun 13-dək isə magistraturaya ixtisas seçimi aparılıb.
DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimində ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).