Gündəm / Cəmiyyət / Sosial
16:54, 14 Temmuz 2023
0

Nazir müavini Anar Kərimov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

Nazir müavini Anar Kərimov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov iyulun 25-də Mingəçevir şəhərində həmin şəhərin və Yevlax rayonunun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 14 - 20 iyul tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Digər xəbərlər: