Gündəm / Cəmiyyət / Sosial
Özbəkistanın sosial müdafiə qurumunun nümayəndələri ilə onlayn görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Özbəkistan Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin nümayəndələri arasında onlayn görüş keçirilib.Görüş iki qurum arasında əməkdaşlıq müstəvisində təcrübə mübadiləsi məqsədi daşıyıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar, eləcə də rəqəmsal texnologiyaların tətbiqi istiqamətində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.2019-cu ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin e-sistem üzərindən, proaktiv qaydada təyinatına başlandığı diqqətə çatdırılıb.
Görüşdə iki qurum arasında əməkdaşlıq müstəvisində görüləcək birgə iş və fəaliyyətin əlaqələndirilməsi mexanizmləri müzakirə olunub.
Azərbaycanda sosial sahədə xidmətlərin elektronlaşdırılması üzrə son illərdə əldə olunan uğurlu təcrübənin öyrənilərək tətbiqinə maraq göstərən ölkələrdən biri də Özbəkistandır. Bu istiqamətdə təcrübə mübadilələrinin davam etdiriləcəyi vurğulanıb.
Daha çox xəbər:

Azərbaycan ilə Rusiya arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub - FOTO

Litva və Finlandiyanın pensiya qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Pakistan arasında Fəaliyyət Planı imzalanıb

İki dövlət arasında memorandum imzalanıb

İki dövlət arasında memorandum imzalanıb