Gündəm / Siyasət / Dünya
21:23, 16 Haziran 2023
0

Nazir: "Gürcüstan Ermənistan-Azərbaycan dialoqunun qurulması üçün addımlar atmağa hazırdır"

Nazir: "Gürcüstan Ermənistan-Azərbaycan dialoqunun qurulması üçün addımlar atmağa hazırdır"


Gürcüstanın xarici siyasəti qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığa fokuslanır".

Globalpress.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə parlamentinin “nazir saatı” formatında keçirilən dinləmədə çıxışı zamanı deyib.

XİN başçısı qeyd edib ki, Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir:

“Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb. Biz Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində təbii roluna inandığımızdan (sülh prosesində) iştirakımızı davam etdirməyə hazırlığımızı bir daha vurğulayırıq”, - deyə Darçiaşvili vurğulayıb.

O həmçinin qeyd edib ki, Azərbaycanla strateji tərəfdaşlıq regional maraqlar baxımından vacib əhəmiyyət kəsb edir.

Nazir Azərbaycanla Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə Qara Dəniz Sualtı elektrik enerjisi kabeli layihəsində iştirakını xatırladıb. Darçiaşvili vurğulayıb ki, sözügedən layihə Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək, həmçinin ölkəyə yeni rol və funksiya təqdim edəcək
Digər xəbərlər: