Gündəm / Siyasət / Dünya
Niderland vətəndaşları həlak olublar

Xorvatiyanın şimal-qərbindəki dağlıq bölgədə göyərtəsində Niderlandın üç vətəndaşının olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Qəza Oqulin şəhəri yaxınlığındakı meşədə, Maribordan Sloveniyaya, Xorvatiya sahillərindəki Pula şəhərinə uçan təyyarənin radarlardan itməsindən sonra baş verib.
Globalpress.az xəbər verir ki, baş aviasiya müfəttişi Danko Petrin jurnalistlərə bildirib ki, təyyarədə olan bütün sərnişinlər həlak olub.
“Bizə DNT analizi lazım olacaq, çünki qəza yeri elədir ki, insanların dəqiq sayını vizual olaraq təyin edə bilmirik”, – Petrin deyib.
Niderlandın Xarici İşlər Nazirliyinin sözçüsü Felisiya Bakker bildirib ki, qəza nəticəsində ölkənin 3 vətəndaşı həlak olub.