Gündəm / Siyasət / Dünya
07:13, 18 May 2023
0

Orban Ərdoğana qələbə arzulayıb

Orban  Ərdoğana  qələbə arzulayıb


Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mayın 28-nə təyin edilmiş seçkilərin ikinci turunda qələbə arzulayıb.

Globalpress.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı tviterdə paylaşımında bildirib.

Belə ki, Orban Türkiyə liderinə telefonla zəng edərək onu ilk turdakı uğuruna görə təbrik edib və prezidentlik postunu qoruyub saxlayacağına əminliyini ifadə edib.

“İkinci turda uğurlar, Prezident! A! Güclü və sabit Türkiyə Macarıstan, Avropa və dünya üçün yaxşıdır”, – Orban qeyd edib.
Digər xəbərlər: