Gündəm / Siyasət / Dünya
Seçkilər ikinci tura qaldı

ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan “ikinci tur”dan danışıb.
Globalpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sinan Oğan deyib:
“Biz əslində seçkilər başlayanda seçkinin ikinci tura keçəcəyini demişdik. Çünki sahəni düzgün oxumaq lazımdır. İlk gündən sahəni düzgün oxuyurduq”.
Qeyd edək ki, ATA Alyansının prezidentliyə namizədi Sinan Oğan 14 may seçkilərində 5,2 faiz səs toplayıb. Bu səs nisbəti ilə Oğan ikinci tura qalan seçkilərdə qalibi müəyyənləşdirmək baxımından əsas fiqur sayılır.
Seçkilərin artıq ikinci tura qaldığını bildirən Oğan deyib: “11-12 faiz səs gözləyirdik. Biz o səsi aldığımızı düşünürük”.
Oğan açıqlamasında bu ifadələrdən istifadə edib:
“Seçki artıq ikinci tura qaldı. Əslində seçki başlayanda biz demişdik ki, seçki ikinci tura keçəcək. Çünki biz sahəni düzgün oxumalıyıq. İlk gündən sahəni düzgün oxuyurduq.Oxuduğumuz sahə tam olaraq reallaşdı. Biz yüzdə 11-12 səs gözləyirdik. O səsi aldıq deyə düşünürük”.