Gündəm / Cəmiyyət / Sosial
Tuğ kəndində yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub.
Globalpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma yaşayış məhəlləsi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada salınacaq. 1089 nəfərin yaşaması üçün nəzərdə tutulan məhəllədə birinci mərhələdə 24 tarixi fərdi ev bərpa ediləcək, 95 ev isə yenidən tikiləcək. Növbəti mərhələlərdə isə məhəllədə 244 yeni fərdi evin tikilməsi nəzərdə tutulur.
Məhəllədə 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, ticarət mərkəzləri, məscid, kilsə, tibb məntəqəsi, aptek, idman sağlamlıq sahəsi, tərəvəz və meyvə anbarı da olacaq. Ümumiyyətlə, yaşayış məhəlləsində əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.
Diqqətə çatdırıldı ki, Tuğ kəndində bir sıra binaların - inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və 15 fərdi evin tikinti-bərpa işlərinin 2024-cü ilin martında tamamlanması planlaşdırılır.
Dövlətimizin başçısı Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməlini qoydu.
Daha çox xəbər:

Prezident və birinci xanım Xocavənd rayonuna səfər ediblər

Ağdamın Kəngərli kəndinin təməli qoyuldu

İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Mehriban Əliyeva orta məktəb binasının və körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib

Prezident və birinci xanım Hadrutda məktəb binasının bərpa layihəsi ilə tanış oldu