Gündəm / Cəmiyyət
15:00, 03 May 2023
0

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb

Əfv Komissiyasının iclaslarında 2 minə yaxın müraciətə baxılıb


“Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb”.

Globalpress.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür:

“Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq. Həmin sənədlər Prezidentə təqdim olunacaq”.
Digər xəbərlər: