Gündəm / Cəmiyyət / Sosial
Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Globalpress.az xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.
Daha çox xəbər:

İlham Əliyev Ulu Öndərin məzarını ziyarət etdi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Medianın İnkişafı Agentliyinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Mahir Məmmədov: “Kişi millimizin üçqat Avropa çempionu olmasında Heydər Əliyevin böyük xidməti olub” - FOTO

Rusiyanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib