Gündəm / Siyasət / Dünya
Rusiya bu məsələdə həmişə dəstək verib

"Türkiyə Akkuyu Atom Elektrik Stansiyası nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olur”.
Globalpress.az- ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-in açılışında videokonfrans vasitəsilə çıxşında deyib.
Onun sözlərinə görə, Rusiya ilk vaxtlardan bu məsələdə Türkiyəyə dəstək verib: "Buna görə həmkarım Vladimir Putinə təşəkkür edirəm. Akkuyu AES Rusiya ilə Türkiyə arasında ən böyük ortaq layihədir"