Gündəm / Siyasət / Dünya
22:36, 24 Nisan 2023
0

Türkiyə insanları Sudandan çıxarır

Türkiyə  insanları  Sudandan  çıxarır



Türkiyə 110 nəfəri xarici vətəndaş olmaqla, 1490 nəfəri Sudandan təxliyə edir.
Globalpress.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv100” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, 640 nəfər artıq Efiopiya ərazisi vasitəsilə Sudandan təxliyə edilib.

Nazir, həmçinin, əlavə edib ki, Sudanda küçə döyüşləri nəticəsində Türkiyə Səfirliyi və Yunus Əmrə mədəniyyət mərkəzinin binasına cüzi ziyan dəyib.
Digər xəbərlər: