Gündəm / Siyasət / Cəmiyyət
07:55, 24 Nisan 2023
0

Laçın - Xankəndi yolunda sərhəd- buraxılış məntəqəsi işıqlandırıldı

Laçın - Xankəndi yolunda  sərhəd- buraxılış  məntəqəsi  işıqlandırıldı


Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

Globalpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.


Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib
Digər xəbərlər: