Gündəm / Siyasət / Dünya
Rusiya nə qədər itki verib

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 185 730 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 672 tank, 7 130 zirehli maşın, 2 832 artilleriya sistemi, 539 reaktiv yaylım atəşi sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 2 398 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 718 avtomobil texnikası və avtosistern, 337 xüsusi texnikadan ibarətdir.