Gündəm / Cəmiyyət
Qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər


Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanını ziyarət edib.
Globalpress.az xəbər verir, ku,barədə Milli Məclisinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.
Daha çox xəbər:

Volodin Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Rusiyanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Lavrov Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...