Gündəm / Siyasət / Dünya
21:15, 17 Nisan 2023
0

Co Bayden prezidentliyə namizədliyini irəli sürə bilər

Co Bayden  prezidentliyə  namizədliyini irəli sürə bilər


ABŞ lideri Co Bayden ikinci müddətə prezidentliyə namizədliyini aprelin 25-də elan edə bilər”.

Globalpress.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb.

“Ağ Evin əməkdaşları, Demokratlar Partiyasının rəsmiləri və kənar məsləhətçilər Co Baydenin ikinci müddətə namizədliyinə hazırlaşmaq üçün işləri gücləndirirlər”, – qəzet qeyd edib.

Nəşrin məlumatına görə, Ağ Ev Baydenin videomüraciətinin aprelin 25-də yayımlanmasını nəzərdən keçirir və burada onun ikinci müddətə namizədliyini elan edəcəyi ehtimal edilir. 25 apreldə Baydenin 2020-ci il prezidentlik yarışında iştirakının başlamasının dördüncü ildönümü olacaq.
Digər xəbərlər: