Gündəm / Siyasət / Dünya
Bizim valyutalarımız zəifdir?

Globalpress.az xarici KİV- ə istinadən xəbər verir ki, Braziliya prezidenti dünya ölkələrini dollardan imtina etməyə çağırdı
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri beynəlxalq ticarətdə öz valyutalarının xeyrinə dollardan imtina etməyə çağırıb.
O, BRİKS ölkələri qrupuna (bura Braziliya və Çindən əlavə Rusiya, Hindistan və Cənubi Afrika Respublikası daxildir - red.) dolların hökmranlığına son qoymaq məqsədilə ticarətdə istifadə üçün öz alternativ valyutalarını inkişaf etdirməyi təklif edib.
“Kim qərar verib ki, bizim valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? Qızıl standartı ləğv edildikdən sonra dolların əsas valyutaya çevrilməsinə kim qərar verib?”, - da Silva sual edib və Pekinin beynəlxalq əmtəə əməliyyatlarının tənzimlənməsi məqsədilə yuandan istifadə etmək səylərini dəstəklədiyini vurğulayıb.
Daha çox xəbər:

Görüşdə Braziliya Prezidenti Rusiyaya " minimum şərtlər" təqdim etməyi çağırıb

Mişustin MDB dövlətlərini dollardan imtina etməyə çağırıb

Polşa Prezidenti: “Dünya Rusiyanı imperiya ambisiyalarından əl çəkməyə məcbur etməlidir”

Vaşinqton Rusiya- Afrika sammitini pozur

Litva Rusiya qazından tamamilə imtina etdi