Gündəm / Siyasət / Cəmiyyət
20:12, 10 Nisan 2023
0

Nazir səfirlə görüşüb

Nazir  səfirlə  görüşüb



Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Globalpress.az xəbər verir ki, Görüş zamanı Azərbaycan və Tacikistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Digər xəbərlər: