Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev Tokayevi Azərbaycana səfərə dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi barədə şəxsi qərarına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.
Globalpress.az- ın məlumatına görə, dövlət başçısı Astanada keçirilən görüşdə Kasım-Jomart Tokayevi, həmçinin tikintisi sürətlə gedən mərkəzin açılış mərasiminə dəvət edib.
O bildirib ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq.