Gündəm / Siyasət / Dünya
Prezidentlərin səfəri planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri planlaşdırılmır.
Globalpress.az- ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “A-Haber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, eyni zamanda Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın da yaxın zamanda Rusiyaya ziyarəti gözlənilmir.
Çavuşoğlu, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik edərək danışıqlar masasına geri qaytarmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb. O, həmçinin tərəflərin yaxın zamanda gözlənilən genişmiqyaslı hücum həyata keçirdiyi halda, bunun heç bir tərəf üçün xeyirli olamayacağını diqqətə çatdırıb.