Gündəm / Cəmiyyət / Səhiyyə
Bir neçə tibb müəssisələrinin stasionar fəaliyyəti dayandırılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.
Globalpress.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır