Gündəm / Cəmiyyət / Sosial
İnam Kərimov Ali Məhkəməyə sədr gedir?

Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namizədliyi irəli sürülüb.
Globalpress.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.