Gündəm / Siyasət / Dünya
Türkiyədə Prezident seçkilərinə neçə namizəd var?

Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq istəyən 18 nəfər rəsmi şəkildə Ali Seçki Komissiyasına müraciət edib.
Globalpress.az- ın xəbərinə görə,bu barədə Komissiya məlumat yayıb.
Bildirilib ki, Selami Karagöz, Hilmi Özden, Handan Yalçıntaş, Levent Akyollu, Murat Hakan Uzan, Cem Cengiz Uzan (2002-ci il seçkilərində Gənc Partiyanın namizədi olmuşdu – red.), Erkan Trükten, Halil Murat Ünver, Yakup Türkal, Hürrem Ayaz, Tevkif Ahmet Özal (Sabiq Türkiyə prezidenti Turqut Özalın oğludur – red.), Sinan Oğan, Muharrem İnce, Doğu Perinçek, Duran Güveninir, Muhammed Ali Fatih Erbakan, İrfan Uzun, Davut Turan olmaqla, 18 nəfərin müraciəti quruma daxil olub.
Ali Seçki Komissiyasının araşdırmalarından sonra Murat Hakan Uzan, Cem Cengiz Uzan və Hürrem Ayazın müraciətləri birbaşa komissiyaya olmadığı üçün rədd olunub.
İrfan Uzun, Davut Turan, Fatih Erbakan, Tevkif Ahmet Özal, Duran Güveninir, Erkan Trükten, Handan Yalçıntaş, Levent Akyollu ve Selami Karagözün müraciətlərində isə sənəd problemi olduğu üçün onlara düzəliş etmək üçün vaxt verilib.
Ankara vaxtı ilə 20:00-da namizədlik müraciəti qəbul olunan şəxslərin adları açıqlanacaq. 31 martda isə seçkilərdə prezidentliyə namizəd olacaq şəxslərin yekun siyahısı dərc olunacaq.
Qeyd edək ki, əsas namizədlər hesab olunan “Cümhur İttifaqı”nın irəli sürdüyü Rəcəb Tayyib Ərdoğan bu gün, “Millət İttifaqı”nın irəli sürdüyü Kemal Kılıçdaroğlu isə sabah namizədliyin qeydə alınması üçün Ali Seçki Komissiyasına müraciət edəcəklər.