Gündəm / Siyasət / Cəmiyyət
Rəsmi Bakıdan tələb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın sərhədyanı bölgədə törətdiyi hərbi təxribatla bağlı məlumat yayıb.
Globalpress.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumata əsasən, 20 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində 1 nəfər hərbi qulluqçumuz yaralanıb.
"Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik.
Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır.
Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir.
Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür", - deyə rəsmi məlumatda qeyd olunub.
Daha çox xəbər:

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

Azərbaycan Müdafiə Nazirliyi son vəziyyəti açıqladı

Kəlbəcər istiqamətində Ordumuzun 2 hərbi nəqliyyat vasitəsi atəşə tutulub

DSX: Ermənistana qarşı diversiyanın keçirilməsi barədə məlumat yalandır

Dövlət sərhədinin Laçın rayonu istiqamətində ermənilər növbəti təxribata cəhd göstərib - RƏSMİ