Gündəm / Cəmiyyət / Mədəniyyət
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Sarı gəlin", "Hissa", "Sərin Saray", "Monte Karlo", "Grand Opera", "Neptun", Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean”, Gəncə şəhərində “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
Monitorinq və nəzarət tədbirləri davam etdirilir
Daha çox xəbər:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Nazirlikdən restoran sahiblərinə XƏBƏRDARLIQ

AQTA bir gündə 405 ictimai iaşə obyektində monitorinq keçirib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Xaçmaz və Astara rayonları akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs

Ölkə ərazisində qaydaları pozaraq məclis təşkil edən şəxslər cərimələnib