Gündəm / Siyasət / Cəmiyyət
Prezident Naxçıvanla bağlı danışdı

“Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planlarımız var. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur”.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Bu yaxınlarda orada ekspertizanın da aparıldığını bildirən dövlət başçısı bildirib: “Ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.
Daha çox xəbər:

Dövlət başçısı: “Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır”

İlham Əliyev və Serbiyanın Baş naziri Qoşulmama Hərəkatı ilə bağlı məsələləri müzakirə edib

İlham Əliyev: “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək”

Laçında Su Elektrik Stansiyasının açılışı oldu - VİDEO

Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı