Gündəm / Siyasət / İqtisadiyyat
Prezident açıqladı Qarabağa nə qədər soydaşımız qayıdıb

Prezident Qarabağa qayıdanların sayını açıqladı
Əsas perspektiv planlarımıza gəldikdə, əlbəttə ki, təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Biz proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”, - dövlət başçısı qeyd edib.
Daha çox xəbər:

İlham Əliyev: “Böyük Qayıdış” proqramının icrası böyük vəsait tələb edəcək”

“Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq” - İlham Əliyev

Prezident: “Ermənistan tərəfdən 25 ildən çox davam edən işğal nəticəsində hər şey dağıdılıb”

Biz buna son qoyduq" - Prezident

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO