Gündəm / Cəmiyyət / Səhiyyə
Bu Nazirliyə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib.
Globalpress. az- ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nda dəyişiklik edib.
İndiyə qədər təbii fəlakət, qəza və digər fövqəladə hallar baş verdikdə və bu zaman qana və qan komponentlərinə kəskin ehtiyac yarandıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kütləvi qan donorluğunu təşkil edib.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu sahədə səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.
Daha çox xəbər:

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

TƏBİB-ə yeni səlahiyyət verildi

Azərbaycanda əhalinin tibbi sığorta imkanları genişləndiriləcək

TƏBİB-in TABELİYİNDƏKİ BU QURUMLAR SƏHİYYƏ NAZİRLİYİNƏ VERİLDİ - FƏRMAN

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yaydı