Gündəm / Siyasət / Cəmiyyət
Baş Nazir görüş keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.
Globalpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirildi.
Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirildi.
Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparıldı.
Daha çox xəbər:

İlham Əliyev: Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulmasına töhfə verir

Əli Əsədov Albaniya Respublikasının Prezidenti ilə görüşüb

11 ölkə Ərdoğana " NOBEL " Sülh mükafatı verdirmək istəyir

11 ölkə Ərdoğana " NOBEL " Sülh mükafatı verdirmək istəyir

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb