Gündəm / Siyasət / Cəmiyyət
13:41, 10 Mart 2023
0

Azərbaycan XİN Almaniyaya başsağlığı verib

Azərbaycan XİN Almaniyaya başsağlığı verib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş atışmaya görə Almaniyaya başsağlığı verib.



Globalpress.az- ın məlumatına görə ,bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında məlumat verilib.



XİN atışmada həyatını itirənlərin ailələrinə başsağlığı verib.



“Yaralananların tezliklə sağalmasını diləyirik”, - qeyd olunub.



Xatırladaq ki, Almaniyanın Hamburq şəhərində Yehova şahidləri dini icmasının yerli mərkəzində atışma nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Digər xəbərlər: