Gündəm / Siyasət / Dünya
20:25, 02 Mart 2023
0

Blinken Rusiyanı xüsusi əməliyyatı dayandırmağa çağırıb

Blinken Rusiyanı xüsusi əməliyyatı dayandırmağa çağırıb


ABŞ dövlət katibi Entoni Blinken G20 tədbiri çərçivəsində Sergey Lavrovla danışığında Rusiya Federasiyasını Ukrayna ərazisində xüsusi hərbi əməliyyatı dayandırmağa və diplomatik dialoqa çağırıb.
Globalpress.az- ın məlumatına görə,bu barədə Blinken mətbuat konfransında deyib.

"Mən təcavüzkar müharibəni bitirməyi, ədalətli və davamlı sülhə gətirib çıxara biləcək mənalı diplomatiyaya başlamağı söylədim".

Entoni Blinken həmçinin bildirib ki, ABŞ nüvə silahlarına nəzarət məsələsində Rusiya Federasiyası ilə əməkdaşlığa hər zaman hazır olacaq.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-dən Rusiya Ukrayna ərazisində xüsusi hərbi əməliyyata başlayıb. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Digər xəbərlər: