Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində fəal şəkildə çalışıb

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu ilin sonunda başa çatacaq, ölkəmiz sədrlik dövründə təşkilatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşündə bildirib.
Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan dövlət başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.
Daha çox xəbər:

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif edib

Prezident İlham Əliyev Əlcəzairdə Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib

Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib - YENİLƏNİB - 3

Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib - YENİLƏNİB - 3

Prezident: “Azərbaycan 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatına görə regionda ən yaxşı nəticəni göstərib”