Cəmiyyət
11:03, 22 Ocak 2021
0

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu

Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
Bakının əsas magistral yolunda yol qəzası olub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik.
Digər xəbərlər: