---
Tələbə köçürülməsinin vaxtı müəyyən olunub
Ali və orta ixtisas təhsil pillələri üzrə təhsil alanların köçürülməsinin vaxtı müəyyən olunub.
Məlumata görə, tələbələrin köçürülməsi iyulun 1-dən 31-dək olacaq.
Qeyd edək ki, 2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyib.
Daha çox xəbər:

Mayın 1-dən 5-dək məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - AÇIQLAMA

Tədris olunmayan dərs saatları tətil hesabına bərpa ediləcək - RƏSMİ

Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar

Bugündən ibtidai siniflər üçün 5 günlük yaz tətili başlayır

Sentyabrdan ənənəvi tədris bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA