---
14:50, 03 May 2023
0

SEPAH Panamaya məxsus neft tankerini QAÇIRDI

SEPAH Panamaya məxsus neft tankerini QAÇIRDI


İran Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib.

Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması məlumat yayıb.

Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü Hörmüz boğazında Panama bayraqlı neft tankerini ələ keçirib.

“Mayın 3-də yerli vaxtla təxminən səhər saat 6.20-də Panama bayrağı altında üzən “Niovi” neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Korpusunun donanması tərəfindən qaçırılıb”, – Beşinci Donanmanın məlumatında deyilir.

Məlumata görə, tanker Dubay limanından BƏƏ-nin Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edərkən SEPAH-ın onlarla gəmisi tərəfindən mühasirəyə alınıb. Tanker İranın ərazi suları istiqamətində Bəndər Abbas limanına kursunu dəyişməyə məcbur olub.
Digər xəbərlər: